Rusiyada dərmanlara və ərzaq məhsullarına vergi güzəşti götürüləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hökumət bir sıra kateqoriyalara aid mallar üçün müəyyənləşdirilmiş əlavə dəyər vergisi üzrə güzəştli dərəcələrin ləğvi ilə bağlı müzakirələr aparır. Hazırda 10 faizlik güzəştli dərəcə ərzaq məhsullarına, uşaqlar üçün mallara, kitablara, dərsliklərə və dərmanlara şamil edilir. Qeyd edilmişdir ki, güzəştlərin ləğvi nəticəsində ünvanlı sosial yardımın artırılmasına şərait yaranacaq.

Buna baxmayaraq, bəzi məmurlar ərzaq məhsulları və dərmanlar həyat üçün ən zəruri əhəmiyyət daşıdığına görə bu məhsullar üçün vergi güzəştinin saxlanılmasında israrlıdırlar. Ünvanlı subsidiyaların verilməsi ilə bağlı isə hələlik münasibətlər tam aydın deyil.
«Vedemosti» qəzetində nəşr edilmiş proqnoza əsasən, 2018-2019-cu illər üçün güzəştli dərəcə büdcəyə 600-650 milyard rubla (16,66-18 milyard manat) başa gələcək. 2016-cı ildə Maliyyə Nazirliyi güzəştli əlavə vergisi dərəcəsinin 12 faizə qaldırılması, sonrakı illərdə hər il 2 faiz bəndi artı­rıl­ması, bundan başqa, əlavə dəyər vergisinin standart dərəcəsinin 18 faizdən 20 faizə çatdırılmasını təklif etmişdi.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email