Rusiyada mühasib peşəsi (I hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Rusiyada mühasib peşəsi (I hissə)

Hazırda mühasibatlıq peşəsinin prestiji kəskin şəkildə artıb və bu, əmək bazarında yüksək ixtisaslı mühasiblərin davamlı əmək məhsuldarlığından və bununla əlaqədar uçot kadrlarının hazırlanmasının həyata keçirildiyi təhsil müəssisələrinin, xüsusi kursların sayının artmasından xəbər verir. Yeni kommersiya və qeyri-kommersiya strukturlarının qeydiyyatının artması ilə baş mühasib vəzifəsinə vakant yerlərin sayı durmadan yüksəlir. Bu gün baş mühasib – ən tələb olunan iqtisadi ixtisasdır. Mühasibat uçotunun bütün sahələrini bilən və öz üzərinə müəyyən məsuliyyəti götürmək cəsarətində olan istənilən mühasib, baş mühasib vəzifəsinə iddia edə bilər.

Hazırda Rusiyada uçot işləri ilə məşğul olan şəxslərin sayı 3,5 milyon nəfərdən çoxdur.

Hazırda Rusiyada mühasibat kadrlarının hazırlanması, yenidən hazırlanması və attestasiyası proqramlarına uyğun olaraq onlara sertifikatların verilməsi dörd ixtisas səviyyəsi (proqramlar) üzrə həyata keçirilir:

  • ilkin peşə təhsili proqramına əsasən, mühasib-hesabdar ixtisasının mənimsənilməsi ilə. Mühasib-hesabdarların hazırlanması liseylərdə, peşə məktəblərində, mühasibat uçotu üzrə əlavə proqramların tədris olunduğu ümumtəhsil məktəblərində, kommersiya və qeyri-kommersiya strukturlarının təşkil etdiyi kurs şəbəkələrində baş tutur;
  • orta peşə təhsili proqramına əsasən, mühasib-texnik ixtisasının mənimsənilməsi ilə. Mühasib-texniklərin hazırlanması orta ixtisas məktəblərində (texnikumlar, kolleclər və s.) həyata keçirilir;
  • ali peşə təhsili proqramına əsasən ixtisasartırma ilə mühasib-iqtisadçı. Mühasib-iqtisadçıların hazırlanması universitetlərdə, institutlarda, akademiyalarda həyata keçirilir;
  • professional mühasib və auditor ixtisaslaşdırılması ilə universitetdən sonrakı əlavə təhsil proqramı. Peşəkar mühasiblərin hazırlanması ali təhsil müəssisələrində həyata keçirilir.
Peşəkar fəaliyyət sahələri üzrə mühasibat işinin ixtisaslaşması fərqlənir:
  • maliyyə uçotu;
  • idarəetmə uçotu;
  • vergi uçotu;
  • büdcə uçotu;
  • bank uçotu;
  • auditor fəaliyyəti;
  • pedaqoji və elmi-tədqiqat uçot fəaliyyəti.

Maliyyə uçotu. Peşəkar tələblərə uyğun olaraq maliyyə uçotu üzrə mütəxəssis ali mühasibat və ya maliyyə təhsilinə malik olmalıdır. Maliyyə uçotu üzrə mühasibin əsas vəzifəsi təsərrüfat fəaliyyəti faktlarının mühasibatlıqda rəsmiləşdirilməsini və qeydiyyatını, onların dəyər ölçülərini, cari qruplaşdırılmasını və maliyyə hesabatlarının tərtib edilməsini təmin edən informasiyanın toplanılmasından, hazırlanmasından, sistemləşdirilməsindən və ümumiləşdirilməsindən ibarətdir. Maliyyə uçotu həm xarici, həm də daxili istifadəçilər tərəfindən informasiya əldə etmək məqsədi ilə həyata keçirilir. Maliyyə uçotu ciddi şəkildə tənzimləndiyindən və mühasibat uçotu üzrə müəyyən edilmiş müddəalara tabe olduğundan, mühasib maliyyə və vergi qanunvericiliyinin normalarına riayət etməlidir.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email