Rusiyada zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək

posted in: Xəbər | 0
birbank biznes

Rusiyada zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək


ƏDV dərəcəsinin azaldılması, bəyannamə, xarici bank hesabı, kiçik biznes, vergi bəyannaməsi,rusiyada maaş,mühasiblər,Rusiyada koronavirus (COVID-19) infeksiyasından zərər çəkmiş iqtisadiyyatın sahələrindən olan kiçik və orta sahibkarlıq qarşıdakı 6 ay ərzində onlar üçün yaranmış öhdəliklərdən – illik vergi və rüsumların ödənilməsi təxirə salınacaq.

Bu barədə “İnterfaks” agentliyi Rusiyanın Baş naziri Mixail Mişustinə istinadən xəbər verir.

Hökumət başçısı qeyd edib ki, artıq müvafiq qanun layihəsi hazırdır.

“Onların altı aylıq gecikmə müddəti bitdikdən sonra, hər şeyi dərhal, bir anda ödəmələrinə ehtiyac qalmayacaq”, – Mişustin bildirib.

Onun sözlərinə görə, təxirə salınma müddəti bitdikdən sonra, ödənişləri il ərzində, yəni 2021-ci ilin sonunadək bərabər hissələrdə ödəmək mümkün olacaq.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email