fbpx

Rusiyada yeni nazirliklər mühasibatlıq olmadan keçinə biləcəklər

mühasibatlıq, Rusiya vergi orqanları, mühasibatlıqYeni nazirliklər mühasibatlıq olmadan keçinə biləcəklər.

Maarif nazirliyi və Elm və ali təhsil nazirliyi öz fəaliyyətlərinin mühasibat uçotunu aparmayacaqlar. Bu iki idarə bu funksiyaları Federal xəzinədarlığa verəcək ilk federal nazirliklər olacaq. Bu haqda Rusiya  hökumətinin qərar layihəsinə istinadla “Kommersant” nəşri məlumat verib.

Elm və maarif nazirlikləri özlərinin qeyri-profil fəaliyyət göstərmək səlahiyyətlərini xəzinədarlığa verəcəklər. Yeniliklər bir il ərzində qüvvəyə minməlidir. Xüsusilə, xəzinədarlıq nazirliklərdə büdcə uçotu və büdcə hesabatlarının formalaşdırılması, əmək haqlarının hesablanması və ödənilməsi, eləcə də büdcəyə digər ödənişlər və onlarla bağlı məcburi ödənişlərin aparılmasını həyata keçirəcək.

İlk və hələ ki, mühasibat funksiyalarını xəzinədarlığa verən yeganə dövlət orqanı Rosakkreditləşmə oldu. Bu pilot layihə 2018-ci ilin əvvəlində başlamışdır. Bir il ərzində bir neçə federal qurum da ona qoşulmalıdır. Hesab edilir ki, bu qərar icarə ödənişlərinə qənaət etməyə və əməkdaşların sayının optimallaşdırılmasına, səmərəliliyin artırılmasına, həmçinin korrupsiyanın azalmasına gətirib çıxarmalıdır.

May ayında Rusiyanın baş naziri Dmitri Medvedyev prezident Putinə təhsil və elm nazirliklərini iki idarəyə bölməyi təklif edib. Onlardan birinə – Maarif nazirliyinə məktəb, məktəbəqədər təhsil və pedaqoji təhsil müəsisələri, digərinə isə elm və ali təhsil nazirliyinə – bütün digər ali təhsil və elm sahələri düşməlidir. Birinci quruma sabiq təhsil və elm naziri Olqa Vasilyeva, ikinciyə isə elmi təşkilatların federal agentliyinin sabiq rəhbəri Mixail Kotyukov rəhbərlik edəcək.



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!