Rusiyada yeni vergi yaranacağı proqnozlaşdırılır

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Rusiyada yeni vergi yaranacağı proqnozlaşdırılır

Rusiyada 2030-cu ilədək süni intellekt texnologiyasına vergi və ya lisenziya tətbiq oluna bilər. Bu tədbir cəmiyyət üçün təhlükəli olan İT-həllərin yaradılmasına mane olacaq və tərtibatçıların xərclərini artıracaqdır. Bu haqda PricewaterhouseCoopers (PwC) tərəfindən Rusiyada keçirilən sorğuda iştirak edən mütəxəssislərin fikirlərinə istinadən, RBK nəşri yazıb.

Mütəxəssislər süni intellektin müxtəlif sahələrə tətbiqinin nəticələri arasında foto və videoların saxtalaşdırılmasının, şəxsi məlumatlarla manipulyasiyanın ola biləcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar hökumət bu sahənin tənzimlənməsini sərtləşdirməyə məcbur olacaq: şirkətləri əvvəlcə texnologiyaların inkişafı və istismarı üçün lisenziya və ya sertifikatlar əldə etməyə məcbur edə bilərlər. Sonra isə süni intellekt vergisi ortaya çıxa bilər.

Yeni yığımın yaranması dövlətə bu yolla əldə edilmiş vəsaiti texnoloji tərəqqi səbəbindən itirilmiş əməkdaşların xeyrinə yenidən bölüşdürməyə imkan verəcək ki, onlar yenidən ixtisaslaşa bilsinlər. Digital Leader-in meneceri Aleksey Sidorin bildirib ki, sənayenin tənzimlənməsi cəhdləri artıq indidən görünməkdədir. O xatırladıb ki, ABŞ hakimiyyəti Facebook və Google-u ötən prezidentlik kampaniyası zamanı alqoritmlərinin vətəndaşların seçiminə təsir etməsinə imkan yaratmaqda günahlandırır.

Eyni zamanda, Sberbankın məlumatlarının araşdırılması üçün səlahiyyətlərin inkişafı idarəsinin idarəedici direktoru Maksim Yeremenko süni intellekt vergisinin ortaya çıxmasını qeyri-real hesab edir. O izah edib ki, gələcəkdə süni intellektdən, məsələn, elektrik enerjisi və ya digər hasil olunan mənbələrdən istifadə olunduğu kimi tez-tez istifadə olunarsa, belədə vergini istifadə etməyə görə deyil,  “hasilat” vergisi şəklində tətbiq etmək daha məntiqli olardı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email