Rusiyada yoxsulluq səviyyəsi hesablandı

posted in: Xəbər | 0
birbank biznes

Rusiyada median gəlirlərin fiksasiya olunmuş mal və xidmət dəstinin dəyərinin orta nisbəti (yoxsulluq səviyyəsi) 1,65 təşkil edir. Yoxsulluq həddindən aşağı olan əhali payı isə əlavə göstərici sayılırdı. Müvafiq nəticələr Rusiya statistika komitəsinin (Rosstat) məlumatlarına əsasən RİA Novosti mütəxəssisləri tərəfindən təqdim edilib.

Eyni zamanda, 65 bölgədə bu göstəricilər orta Rusiya səviyyəsindən aşağı, 20 federasiya subyektində isə həmin səviyyədən yuxarı olmuşdur. Ən yüksək göstəricilər Yamalo-Nenets (3.11) və Nenets muxtar dairələrində (2.92), Moskva (2.4), Çukotka muxtar dairəsi (2.27) və Maqadan vilayətində (2.26) olmuşdur. Yüksək göstərcilər həmçinin Saxalin vilayətində (2.22), Xantı-Mansi muxtar dairəsi – Yuqra (2.17), Moskva vilayətində (2.08) və Sankt-Peterburqda (2.05) qeydə alınıb.

Reytinqdə sonuncu yeri 0,97 göstəricisi ilə Tuva Respublikası tutub. Yoxsulluq baxımından ən pis vəziyyətin qeydə alındığı bölgələr arasında Kurqan, Qaraçay-Çərkəz, İnquşetiya Respublikası, Kalmıkiya və Altay da var.

Ümumilikdə, Rusiyada 2019-cu ilin sonunda yoxsulluq səviyyəsi 12,3 faiz təşkil etmişdir – təxminən 18 milyon vətəndaş yaşayış səviyyəsindən aşağı gəlir əldə edir. Yaşayış minimumunun yarısından az qazanc əldə edən adamlar əhalinin 1,9 faizini təşkil edir. Federasiyanın 17 subyektində yoxsul əhalinin payı 10 faizdən bir qədər az hissəni təşkil edir.

Rusiyanın müasir tarixində yoxsulluğun ən kiçik payı 2012-ci ildə qeydə alınıb (10,8 faiz və ya 15,5 milyon nəfər). Ancaq, 2000-ci ilə nisbətən yoxsul adamların sayı 2,3 dəfə azalıbdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email