fbpx

Lisenziyanı necə əldə etməli??

posted in: Xəbər | 0
birbank biznes

Mülki Məcəllənin 44.2-ci maddəsinə görə kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. (rüsum)

Göründüyü kimi bəzi fəaliyyət növləri ilə məşğul olmaq istəyən şirkətlər mütləq həmin fəaliyyətə dair nəzərdə tutulmuş razılığı mütləq əldə etməlidir. Bu yazıda qanunvericiliklə nəzərdə tutulmuş bəzi lisenziyaların alınması ilə bağlı hüquqi prosedurlardan bəhs edəcəyik.

Mövzuya keçməzdən əvvəl xatırladaq ki, lisenziyalar yalnız onu alan şəxsə məxsus olur və digər şəxsə verilmir. Lisenziya almış şəxs tək Bakı şəhərində və ya həm Bakı şəhəri, həm də bütün ölkə ərazisində fəaliyyət göstərəcəksə, dövlət rüsumu məbləği tam ödənilir. Bəzi fəaliyyət növləri istisna olmaqla, lisenziya müddətsiz verilir. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu tutulmur.

Lisenziya verən orqan – fəaliyyət sahəsi – rüsumun məbləği

İqtisadiyyat Nazirliyi:

– özəl tibb fəaliyyəti 2250 AZN

– əczaçılıq fəaliyyəti

a) dərman vasitəsi istehsalı 2250 AZN

b) topdansatışı 20000 AZN

c) pərakəndə satışı 1000 AZN

– təhsil fəaliyyəti

a) özəl məktəbəqədər təhsil 1250 AZN

b) özəl ümumi təhsil 10000 AZN

c) peşə təhsili 2000 AZN

– sürətli poçt xidməti 1250 AZN

– möhür və ştamp hazırlanması 1100 AZN

– baytarlıq fəaliyyəti

a) preparat istehsalı 1500 AZN

b) satışı 220 AZN

Qeyd etmək lazımdır ki, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalarla bağlı müraciət etmək üçün lisenziya.gov.az portalına daxil ola bilərsiniz.

Müəllif: Praktik Hüquqşünas / Şəhriyar Həbilov

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!