Bəzi işçilərin saathesabı əmək haqqı məbləğlərində dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Əmək pensiyaları emek pensiyalariAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə (saathesabı əmək haqqı, emek haqqi)

“Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 826; 2002, № 10, maddə 637; 2003, № 9, maddə 523; 2005, № 8, maddə 780; 2006, № 6, maddə 563, № 11, maddə 998; 2007, № 9, maddə 924; 2008, № 4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362; 2015, № 12, maddə 1578; 2016, № 4, maddə 828; 2017, № 5, maddə 970, № 8, maddə 1605; 2018, № 3, maddə 605, № 6, maddə 1355; 2019, № 2, maddə 366) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş Naziri                 Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 7 avqust
tarixli 346 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və
təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb
edilən işçilərin əməyinin saathesabı ödənilməsi
məbləğləri

(manatla)

 

 

Təhsil alan kontingent

Pedaqoji işçilər
professor və ya elmlər doktoru  

dosent və ya fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər
1 2 3 4
Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin

ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

 

 

 

 

10,30

 

 

 

 

6,80

 

 

 

 

5,30

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi   və    s.)   təhsil

müəssisələrinin       tələbələri, kursantları və dinləyiciləri

 

12,20

 

8,90

 

6

Doktorantlar, ali təhsilli rəhbər işçilərin   və   mütəxəssislərin

ixtisasartırma        kurslarının dinləyiciləri

 

14,70

 

10,30

 

6,80

 

Qeydlər:

  1. Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
  1. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat məbləğində müəyyənləşdirilir.
  2. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 7,80 manat, geyimsiz naturada isə 12,90 manat məbləğində müəyyən olunur.
  3. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Mənbə: cabmin.gov.az

Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
saathesabı əmək haqqı, emek haqqi, emek haqqi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *