Sadələşdirilmiş vergi bəyannaməsinin 2 saylı əlavəsi yoxsa ödəmə mənbəyində tutulan vergi bəyannaməsi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Sadələşdirilmiş vergi bəyannaməsində daşınmaz əmlak üzrə əlavə 2 bölməsi doldurulduqda digər bəyannamə ödəmə mənbəyində vergi (icarə üzrə) bəyannaməsi göndərmədikdə – 40 manat maliyyə sanksiyası yazıla bilərmi? Yoxsa icarə vergisi üzrə həm sadə vergi, həm ödəmə mənbəyində vergi bəyannaməsi hər ikisi doldurulub göndərməlidir?

Cavab: Bildiririk ki, “Sadələşdirilmiş verginin bəyannaməsi” formasına Əlavə 2-nin hazırki redaksiyada əlavə edilməsinin əsas məqsədi əmlakı icarəyə götürərək fəaliyyət göstərən vergi ödəyicisinin bütün öhdəliklərinin 1 vahid formada bəyan edilməsinin təmin olunmasıdır.

Bu baxımdan da tərəfinizdən yalnız əmlakın icarəsi ilə bağlı olan hesablanmış gəlir və tutulmuş vergi barədə eyni məlumatların “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə təkrarən bəyan edilməsi tələb olunmur və müvafiq olaraq da həmin bəyannamənin təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq olunmur.

Lakin hesabat rübü ərzində sadələşdiirlmiş verginin ödəyicisinin icarəyə götürülmüş əmlak üçün ödənilən icarə haqqından başqa digər ödənişlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyi də yaranarsa, bu halda “Sadələşdiirlmiş verginin bəyannaməsi”nin 4 nömrəli bölməsi və həmin bəyannaməyə 2 nömrəli əlavə doldurulmur və həmin hesabat dövrü üçün icarəyə götürülmüş əmlak üçün ödənilən icarə haqqı və digər ödənişlər əks olunmaqla tərtib edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” tərtib edilərək vergi orqanına təqdim edilir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email