Sadələşdirilmiş vergi tutulan fəaliyyət və əməliyyatlar: vergitutma obyekti

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sadələşdirilmiş vergiVergitutma obyektləri

Kiçik biznes üçün sadələşdirilmiş vergi ən sərfəli rejimdir, çünki sahibkarlıq subyektləri hesabatları sadə sxem üzrə təqdim edir, onların vergi yükü azalır. Vergi Məcəlləsinin 218-ci maddəsində bu vergi ödəyiciləri, 219-cu maddədə isə sadələşdirilmiş verginin vergitutma obyekti şərh edilir.

Məcəllənin 218.4 maddəsində bir sıra fəaliyyət sahələri, əməliyyatlar müəyyən edilib ki, onlara mütləq sadələşmiş vergi tətbiq edilməlidir. Məsələn:

  • Sadələşdirilmiş vergi avtonəqliyyat xidməti xidməti göstərən şəxslərə (sərnişin və yük daşımaları) müəyyən şərtlər daxilində tətbiq edilir;
  • sadələşdirilmiş vergi lotereyalar, habelə idman mərc oyunlarının satıcılarına tətbiq edilməlidir;
  • sadələşdirilmiş vergi torpaq sahələri təqdim edən şəxslərdən mütləq tutulmalıdır;
  • nağdlaşdırmaya görə sadələşdirilmiş vergi fərdi sahibkarların, hüquqi şəxslərin bank hesabından pul vəsaiti çıxarıldıqda hesablanır və sair.

Yuxarıda sadlanan və sadalanmayan müxtəlif fəaliyyət və əməliyyatlar üzrə sadələşdirilmiş verginin vergitutma obyektləri aşağıda ətraflı şərh edilir.

Sadələşdirilmiş vergi avtonəqliyyat xidmətində necə tətbiq edilir?

Ölkə daxilində sərnişin və yükdaşıyan (o cümlədən, taksiylə) şəxslər yalnız sadələşmiş vergi ödəyirlər. Sadələşdirilmiş vergi avtonəqliyyat xidmətində tətbiqi edilərkən bir sıra şərtlər nəzərə alınmaldır:

  1. VM-in 156-cı maddəsinin (Könüllü qeydiyyat) müddəaları;
  2. xidmət göstərən ölkə ərazisindən keçərək xaricə sərnişin yaxud yük daşıyan olmamalıdır.

Sonuncular vergiyə ümumi qaydada cəlb edilir, yəni onlar sadələşdirilmiş vergi ödəyicisi olmaq istəsələr VM-nin 218.1, 218.2-ci maddələrinin müddəalarına əməl etməli, həmçinin gəlirləri xaricdən olmamalıdır. Vergilərin hesablanma qaydası burada ətraflı şərh olunub.

Avtonəqliyyat xidməti göstərən şəxslərin mülkiyyətində yaxud istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş verginin vergitutma obyekti sayılır.

Ölkə ərazisində sərnişin və yük daşımasını həyata keçirən şəxslər, hər hansı limit (məsələn,  vergi ödəyicilərinə göstərilən xidmətlərə görə 30 % -lik limit), şərt gözləmədən sadələşmiş vergi ödəyicisi olmalıdır. Amma müəyyən şərtlər daxilində onların gəlir (mənfəət) vergisi ödəyicisi olmaq hüququ var. Bu hüquq onlar könüllü ƏDV qeydiyyatına alındıqda yaranır (AR VM, maddə 156.1-1)

Sadələşdirilmiş vergi lotereyalar satıcısından tutulurmu?

Sadələşdirilmiş vergi avtonəqliyyat xidməti ilə yanaşı bu fəaliyyət növünə, habelə idman mərc oyunlarının təşkilatçılarına və satıcılarına da mütləq tətbiq edilməlidir. İdman-mərc oyunları Nazirlər Kabinetinin  “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”-na əsasən təşkil olunur. Həmin qaydalarda mərc oyunları haqqında əsas anlayışların şərhi də verilib. Qısaca deyək ki,  idman-mərc oyunları iştirakçıdan müəyyən bir idman oyununun nəticəsini, yaxud oyun zamanı başa verə biləcək hadisəni (məsələn, futbolda ilk qolun vurulması, ikinci hissə üzrə nəticə və sair) proqnozlaşdırmaqla mərc qoyuluşu etməsi tələb olunur. Doğru ehtimalın tapılması iştirakçıya uduş (pul mükafatı) qazandırır. Pul mükafatının verilməsi meyarları mərc oyunlarının operatoru tərəfindən qabacadan elən edilir. Bu prosesdə üçüncü tərəf olan mərc oyunlarının satıcısı operatorla iştirakçı arasında əlaqəni müxtəlif vasitələrlə təmin edir. Oxşar sözləri sadələşdirilmiş vergi lotereyalar üzrə aparılan əməliyyatlara tətbiq edildiyi zamanda da demək olar.       

Operator, təşkilatçı  və satıcılar vergi ödəyiciləridir (VM, maddə 218.4.2). Sadələşdirilmiş verginin vergitutma obyekti operator üçün iştirakçıların ödədiyi pul, satıcı üçün isə operatordan aldığı komisyon haqqıdır. Vergi dərəcəsi, hesablanma qaydaları haqqında buradan oxuya bilərsiniz

Sadələşdirilmiş vergi torpaq sahələri ilə bağlı əməliyyatlarda 

Yaşayış, qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin mülkiyyətçisi olan fiziki şəxslər, həmin sahələri təqdim edərkən mütləq qaydada sadələşmiş vergiyə cəlb edilir. Əgər təqdim edən fiziki şəxsdirsə, əməliyyat notariuslar tərəfindən ödəmə mənbəyində sadələşmiş vergiyə cəlb edilir. Sadələşdirilmiş vergi torpaq sahələrinin satışı zamanı hesablanması qaydası ilə  bağlı buraya keçid edib ətraflı oxuya bilərsiniz.

Fərdi qaydada, işə muzdlu işçi qəbul etmədən VM-in 220.10-cu maddəsində sadalanan  fəaliyyətlə məşğul olan fiziki şəxslər

Belə fəaliyyət növlərinə dayə, bərbər, çəkməçi kimi fəaliyyət göstərən şəxsləri nümunə göstərmək olar. Onlar yalnız sadələşmiş vergi ödəyici olurlar, bir şərtlə ki, muzdlu işçi cəlb etməsinlər. Əlbəttə, bu o demək deyil ki, işçi götürə bilməz, amma bu halda artıq həmin şəxs məcburi sadələşdirilmiş vergi ödəyicisi olmayacaq. O, digər vergi növünü sərbəst seçə bilər.

Belə şəxslər sadələşmiş vergini aylıq sabit məbləğ şəklində ödəyirlər. Həmin sabit ödənişlərin məbləği, ödənmə qaydaları haqqında burada ətraflı oxuya bilərsiniz.

Nağdlaşdırmaya görə sadələşdirilmiş vergi

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən:

Nağdlaşdırmaya görə sadələşdirilmiş vergi banklar tərəfindən, ödəmə mənbəyində tutulur, buna görə də sadələşmiş vergi ödəyicisi bəyannamə təqdim etmir. Onu da qeyd edək ki, tutulmuş həmin məbləğ mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan vergidir. Mənfəət vergisinin ödəyicisi “Mənfəət bəyannaməsində” “Xərclər” bölməsində 233.5-ci sətirdə, gəlir vergi ödəyiciləri isə “Gəlir Vergisi bəyannaməsində” “Xərclər” bölməsində 1237.3-cü sətrində göstərirlər.

Qeyd edək ki, bu əməliyyat zamanı nağdlaşdırılmış vəsait sadələşdirilmiş verginin vergitutma obyektidir.


Print Friendly, PDF & Email