Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-ni qarşı tərəfin bank hesabına ödəyə bilər?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-ni qarşı tərəfin bank hesabına ödəyə bilər?


Sual: Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-ni qarşı tərəfin depozit hesabına deyil, bank hesabına ödəyə bilər?

Cavab: Bildiririk ki, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir, əks halda tələbə riayət etməyən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan maliyyə sanksiyası tətbiq olunur.


Telegram qrupumuza üzv olun

Digər vergi ödəyiciləri, o cümlədən də sadələşdirilmiş vergi ödəyicisi tərəfindən ƏDV məbləğinin mütləq qaydada ƏDV depozit hesabına ödənilməsi tələbi mövcud qanunvericilikdə nəzərdə tutulmur.

Bununla belə, fəaliyyətin şəffaflığının təmin edilməsi məqsədi ilə elektron vergi hesab-fakturası ilə əldə edilmiş malların dəyərini ödəyərkən ƏDV məbləğinin ƏDV depozit hesabına ödənilməsi tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 58.6-ci, 175.1-ci və 175.8-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. İlqar
    |

    Sadələşdirilmiş vergi ödəyicisi ƏDV -ni digər tərəfin depozit hesabına ödəməlidir.