Sadələşdirilmiş vergi ödəyicisinin dövriyyəsi azalarsa 6%-dən 4%-ə necə keçə bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Məsələn, 6 faiz ödəyici. Bəs dövriyyəm azalsa yenidən 4 faizli ödəyici necə ola bilərəm?

Cavab: Bildiririk ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya müvafiq hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur.

Müvafiq olaraq, sorğunuzda sözügedən şəxs ilin sonunadək sadələşdirilmiş vergini 6 faiz dərəcə ilə tətbiq etməli, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan az olduqda növbəti ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına 4 faiz dərəcəli ilə tərtib olunan “Sadələşdirilmiş verginin bəyannaməsi”ni təqdim etməlidir.

Bax: Vergi Məcəlləsinin 218.1-ci və 218.2-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email