Sadələşdirilmiş verginin dövriyyəsinin qaldırılması təklif olunur

posted in: Vergi, Xəbər | 0
birbank biznes

“Mən hesab edirəm ki, yeni Vergilər Məcəlləsinin işlənməsinə ehtiyac var”

Bunu “Vergilər, Şəffaflıq, İnkişaf” adlı konfransda Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

“Təklif edirəm ki, yeni Vergilər Naziri tərəfindən Vergilər Məcəlləsi işlənib hazırlansın və Milli Məclisə təqdim olunsun”.

Vahid Əhmədov bildirib ki, sadələşdirilmiş vergidə dövriyyə həddi 200 min manatdan 400 min manatadək qaldırılmalıdır:

“Bu gün sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN açır və dövriyyə 200 min manata çatan zaman fəaliyyətini dayandırır. Sonradan yeni bir adla vergi ödəyicisi kimi fəaliyyətə başlayır. Belə olan halda vergi ödəyicilərinin sayı süni şəkildə artır. Təklif edirəm ki, sadələşdirilmiş vergidə dövriyyə həddi müzakirə edilərək 400 min manatadək artırıla bilər. Bu həddi keçən sahibkarlara 15% kimi vergi tətbiq edilməlidir”.

Vahid Əhmədov bildirib ki, Əlavə Dəyər Vergisi (ƏDV) diferensiallaşdırılmalıdır: “Nə üçün ƏDV yalnız 18% olmalıdır?! Dünyanın bir çox ölkələrində ƏDV sektordan asılı olaraq 10-25% civarında dəyişir. Tezliklə Azərbaycanda da  müxtəlif dərəcələrdə ƏDV-nin tətbiqinə başlanmalıdır”.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email