Sahibkarlar 17%-lə vergiyə cəlb edilə bilər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Beynəlxalq təcrübəni nəzərə alaraq nağd hesablaşmaların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması üzrə bəzi təkliflərin nəzərdən keçirilməsi məqsədəuyğundur.

Bunu Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov bildirib.

“Məsələn, belə hesab edirik ki, fiziki şəxslər və hüquqi şəxslər arasında aparılan əməliyyatların müəyyən məbləğdən artıq olan hissəsi (qeyri-rezidentlər üçün fərqli məbləğlər müəyyən edilə bilər) yalnız nağdsız şəkildə reallaşdırıla bilər, əks halda, aparılan əməliyyatın müəyyən faizi məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Bu qaydaların pozulmasına görə həm ödəyənin, həm də ödəməni qəbul edənin birgə məsuliyyət daşımasını nəzərdə tutan qanunvericilik aktının qəbul olunması məqsədəuyğundur.

“İstehlakçıların hüquqlarının müdafiəsi» haqqında Qanunun I fəslində əsas anlayışlar hissəsinə “malların (işlərin, xidmətlərin) ödəniş forması” anlayışının, II fəslində istehlakçıların hüquqları hissəsinə isə “malların (işlərin, xidmətlərin) ödəniş formasını sərbəst seçmək hüququ”nun əlavə edilməsi də vacibdir. Bütün dövlət rüsumlarının və kommunal rüsumların yalnız nağdsız qaydada qəbul edilməsi və ya nağdsız ödənişlər üçün məbləğin müəyyən hissəsi həcmində endirimlərin tətbiqi, fiziki şəxslər tərəfindən kommersiya banklarına yerləşdirilən depozitlər üzrə faizlərin onlara nağdsız şəkildə verilməsi də məqsədəuyğundur. Bundan başqa, banklar tərəfindən verilən istehlak kreditlərinin əhali tərəfindən nağdsız ödənişlər üçün istifadə edilməsi halında kreditlərə güzəştlərin olunması, əhaliyə mal (xidmət) təqdim edən ticarət obyektlərinin aylıq dövriyyələrinin əksər hissəsini (məsələn, 80%-dən yuxarı) nağdsız əməliyyatlar təşkil edən sahibkarların gəlir (mənfəət) vergisinə güzəştli dərəcə ilə (məsələn 17%) cəlb edilməsi də məqsədəmüvafiq hesab edilə bilər”.

Mənbə: marja.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email