“Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər”

posted in: Xəbər | 1
birbank biznes

“Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər”

Elektron Kredit Platforması, müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalPandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər nəzərdə tutulur.

Bu barədə iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov bildirib ki, tədbirlər planının icrası üzrə aidiyyəti dövlət qurumları və müəssisələrin məlumatlarını özündə cəmləşdirən elektron məlumat portalı yaradılmışdır. Məlumatlar əsasında iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi aparılır. Nəticələr hökumətə mütəmadi şəkildə təqdim olunur:

“Tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əmək haqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.

Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 milyon manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni, banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq”.

Mənbə: fed.az


Bax: Gömrük Komitəsinin yığımları 2 milyard manatı keçib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Məzahir
    |

    Salam.
    E-gov-da yarım ştat üzrə götürülən işçini tam ştat olaraq necə keçirim və həmçinin tam ştat üzrə götürülən işçini yarım ştat üzrə necə keçirim. Zəhmət olmasa məlumat verəsiniz.