fbpx

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

posted in: Xəbər | 0
birbank biznes

Yanvarın 10-da Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri ilə görüş keçirilib. (sahibkar)

Məlumata görə, görüşdə İdarənin rəhbərliyi, Vergilər Nazirliyinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları və üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin asanlaşdırılması, ölkənin ixrac və tranzit potensialının gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar barədə məlumat verilib.

Qeyd olunub ki, islahatlar nəticəsində vətəndaş-məmur təması minimuma endirilib, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri sürətləndirilib, gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib, uçotun düzgün qurulması və maliyyə nəzarətinin gücləndirlməsi istiqamətində yeniliklər tətbiq olunub.

Görüşdə gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə də məlumat verilib. Xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

Sonda şirkət nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab verilib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkar, görüş
Print Friendly, PDF & Email
error: Content is protected !!