Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlar üçün “bir pəncərə” sistemi formalaşacaq

posted in: Xəbər | 0
birbank biznes

sahibkarAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində zəruri səyyar xidmətlər göstərəcək. Bu xidmətlər qurumun nəzdində yaradılacaq “KOB evləri”, “KOB dostları” şəbəkəsi və “KOB könüllüləri” vasitəsilə reallaşdırılacaq.

Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı da yaradılacaq: “Plana əsasən, yeni “E-KOB evi” portalında “Sahibkarın elektron kabineti” bölməsi və “Elektron sahibkar” sistemi “KOB e-şəbəkəsi”nə daxil edilməklə, elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bununla yanaşı, biz göstərilən hər bir xidməti təhlil edib qiymətləndirəcək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcəyik”.

O.Məmmədov qeyd edib ki, bu fəaliyyətlərin məntiqi nəticəsi olaraq, KOB-lar üçün “bir pəncərə” sistemi formalaşacaq. Sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər bunun sayəsində lazım olan xidmətləri və zəruri dəstəyi vahid məkandan ala biləcəklər.

Mənbə: azertag.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email