Sahibkarlar üçün təlim keçiriləcək

posted in: Xəbər | 0
birbank biznes

Sahibkarlarİxracatçı sahibkarlar üçün təlim təşkil olunacaq.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yanvarın 22-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ixracatçı sahibkarlar üçün “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim keçiriləcək.

İİTKM-nin mətbuat xidmətindən bildirilib ki, təlim maarifləndirici xarakter daşıyaraq ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Tədbir çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyəti istiqamətləri, şirkət sahiblərinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında məlumat veriləcək. Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev öz təcrübəsini bölüşəcək.


Auditorlar Palatası daxili audit kursu keçirəcək

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin sahibkarlıq düşüncə tərzinin təşviqi və korporativ idarəetmə standartlarının tətbiqi yanaşmasını rəhbər tutaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi cari ildə də mütəmadi olaraq sözügedən istiqamətlərdə işlər görəcək.

Qeyd edək ki, mərkəz Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

Mənbə: azertag.az


Print Friendly, PDF & Email