Sahibkarlara dəstəklə bağlı İqtisadiyyat Nazirliyi və DGK arasında danışıqlar aparılır

posted in: Xəbər | 0
birbank biznes

İqtisadiyyat Nazirliyi“Sənaye parklarında idxal-ixrac əməliyyatlarının və bu parklarda rezidentlərin sayı artdıqca gömrük rəsmiləşdirilmələrinin əhəmiyyəti artır”.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən “Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – Yaşıl dəhliz” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında gömrük prosedurlarının şəffaf və qısa zamanda həyata keçirilməsi məsələsi müzakirə olunub: “Bu da sənaye parklarında fəaliyyət göstərən sahibkarlara bir kömək olacaq. Dövlət Gömrük Komitəsinin fəaliyyət funksiyalarından biri də sahibkarlara idxal-ixrac əməliyyatlarında kömək etməkdir. Son illər Azərbaycanda prezident İlham Əliyev tərəfindən islahatlar həyata keçirilib və bu islahatlar gömrük sahəsində də özünü göstərməkdədir. Bu gün İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında sıx əməkdaşlıq qurulub. Bu gün Dövlət Gömrük Komitəsində “bir pəncərə” prinsipi tətbiq edilib. Bu iki qurumun birgə fəaliyyəti sahibkarların işini daha da asanlaşdıracaq”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

N. Səfərov qeyd edib ki, sənaye zonalarında fəaliyyət göstərən rezidentlər gündən-günə xammal və avadanlıqların idxalını artırılar: “Bu səbəbdən də gömrük rəsmiləşdirilməsi olduqca vacibdir. Gömrük Komitəsi sahibkarları dəstəkləmək funksiyasını yerinə yetirməlidir. Artıq bununla bağlı nazirlik və komitə arasında danışıqlar aparılır”.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov Komitənin fəaliyyətindən geniş danışıb. O, yaşıl dəhliz sisteminin tətbiqi və onun fəaliyyəti barədə sahibkarları məlumatlandırıb.

S. Qaralov gömrük fəaliyyətində bir “bir pəncərə” prinsipinin tətbiqi barəsində də sahibkarlara ətraflı məlumat verib və onlara bu sistemdən istifadə etməyi məsləhət görüb. O, son zamanlar Dövlət Gömrük Komitəsinin fəaliyyətinin şəffaflığından, komitədə tətbiq edilən onlayn gömrük sistemindən, gömrük-biznes əməkdaşlığından da danışıb.

Mənbə: apa.az


Print Friendly, PDF & Email