Sahibkarların təkliflərinə 1 ay ərzində baxılacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Azərbaycan sahibkarlarının Vergilər Nazirliyinə ünvanladığı təkliflərə 1 ay ərzində baxılacaq.

Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O, vergi ödəyicilərinin təkliflərinin hansı məsələlərlə bağlı olduğunu da açıqlayıb: “Təkliflər əsasən nağdsız ödənişlər, sənədlərin verilməsi, vergi inzibatçılığı, vergi qanunvericiliyi ilə bağlıdır. Bu təkliflərin hər birinə diqqətlə yanaşacağıq. Bir ay ərzində bu təklifləri araşdırıb müvafiq instansiyalara təqdim edəcəyik və parlamentdə büdcə paketi ilə birlikdə baxılacaq”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email