Azərbaycan dövlətinin sahibkarlığa dəstək tədbirləri gücləndirilir

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan dövlətinin sahibkarlığa dəstək tədbirləri gücləndirilir


sahibkarlığa dəstək tədbirləri, sahibkarlığa dəstək tədbirləriKoronavirusun qlobal miqyası genişləndikcə həm dünya üzrə iqtisadi artım tempinin, həm də strateji məhsulların, o cümlədən neftin qiymətinin kəskin azalması müşahidə olunur.

Millət vəkili Vüqar Bayramov bildirib ki, əhalinin sağlamlığının, eləcə də təhlükəsizliyinin qorunması üçün ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejiminin tətbiqinin və əhalinin sosial təcrid olunmasının ölkədə işgüzar fəallığa və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirləri hiss olunmaqdadır. Lakin, paralel olaraq, Azərbaycan dövlətinin iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malik olması fonunda sahibkarlığa dəstək tədbirləri gücləndirilir.

Prezident İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması sahibkarlara dəstəyin gücləndirilməsi üçün yeni imkanlar yaradır. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə 12 fəaliyyət sahəsinin müəyyən edilməsi ayrılan vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunmasına zəmin yaradır.

Vüqar Bayramov bildirib ki, sahibkarların gözləntisi və reaksiyası başadüşüləndir və hökumət vergi güzəştləri və tətillərinin tətbiqini müzakirə etməklə yanaşı, sahibkarlığın, xüsusilə KOB-ların kreditləşdirilməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünüməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırır: “Hazırkı dövrdə sahibkarların sosial məsuliyyətinin daha da artırılması ilə yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosial fəallıq nümayiş etdirən biznes nümayəndələrinə üstünlük verilməsi də zəruridir”.

V.Bayramov deyib ki, sahibkarlıq və istehlak krediti müştərilərinin kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması ilə yanaşı, yaranmış vəziyyətdə şəffaf iqtisadiyyatın vacibliyi daha da aktualdır.

Millət vəkili sahibkarları korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq iş yerlərini ixtisar etməməyə çağırıb. Bildirib ki, koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsini və bütövlükdə həmrəylik nümayiş etdirməsini zərurətə çevirib. Belə həssas dövrdə sahibkarların sosial öhdəliklərinə əməl etmələri çox vacibdir: “Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz birlikdə daha da güclüyük”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email