Sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirilib

posted in: Xəbər | 0

Mühasib köməkçisi tələb olunur sahibkarlıqMilli Məclisin (MM) 30 may tarixində keçirilən plenar iclasında Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

Qanunun 2.2-ci maddəsində “vergi yoxlamalarına” sözlərindən sonra”, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara” sözləri əlavə edilir. 10.3-cü maddəsində isə “sahəsində” sözü”, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində” sözləri ilə əvəz edilir.

Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə də layihə müzakirəyə çıxarılıb.

Belə ki, qanunun 2.1-ci maddəsinə “ilə bağlı yoxlamalar,” sözlərindən sonra “yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar,” – sözləri əlavə edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *