Şakira da vergidən yayınırmış

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiMüğənni Şakira da vergidən yayınırmış.

İspaniya məhkəməsi Şakiraya qarşı cinayət işi açıb

Son illərdə İspaniya məhkəmələrinin məşhurlara qarşı qaldırdığı və dünyanın diqqət mərkəzində olan məhkəmə işlərinin, demək olar ki, hamısı futbolla əlaqəlidir. Bu dəfə isə məhkəmə iddiasının hədəfində məşhur müğənnidir. Ancaq onun da Kolumbiyadan İspaniyaya gəlişinə futbolçu ilə birgə yaşamağı səbəb olmuşdu.

Bax: Yaşayış minimumu və ehtiyac meyarının məbləğləri artırıldı
İspaniyanın Maliyyə Məhkəməsi əslən Kolumbiyadan olan müğənni Şakira haqqında 14,5 milyon avro məbləğində vergi qaçaqlığı iddiası ilə təhqiqata başlamışdır. Şakiraya qarşı irəli sürülmüş iddianamədə onun vergi ödəməmək üçün İspaniyada yaşadığı halda Baham adalarında pasport qeydiyyatına düşdüyü, bununla da 2012-2014-cü illərdə ümumilikdə 6 maliyyə cinayətinə yol verərək vergi kimi ödəməli olduğu 14,5 milyon avro vəsaiti dövlət büdcəsindən gizlətdiyi göstərilir.

İddianaməyə görə, 2012-2014-cü illərdə «Barselona» futbol komandasının oyunçusu Cerard Pike ilə birgə yaşadığına görə İspaniyada olan və burada ev satın alan Şakira öz vergilərini də bu ölkədə ödəməli idi. İspaniya qanunlarına əsasən, altı aydan artıq İspaniyada yaşayan hər bir şəxs vergi ödəmək mükəlləfiyyəti daşıyır. Maliyyə məhkəməsi xəyali şirkət quraraq vergi yayındırdığı iddiası ilə Şakiranın Nyu Yorkdakı vəkili haqqında da cinayət işi qaldırmışdır. Məhkəmə sənədlərində Şakiranı vergi qaçaqlığına təhrik edən vəkili olmuşdur.

Bax: Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı

41 yaşlı Şakira açıqlama verərək İspaniyada hər hansı qanun pozuntusuna yol vermədiyini, buradakı fəaliyyətini qanunlar çərçivəsində apardığını bildirmişdir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email