Xidmətin adı: Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi
Tələb olunanlar: – “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə”
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri
– AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”
– VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli Qərarı
– Vergilər nazirinin 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi:
– qeydiyyata xitam verilməsi: ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları
– proqram təminatının və s. geri götürülməsi: vergi öhdəliklərinin icrasına nəzarətstrukturları
İcra müddəti: 5 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər: qeydiyyata xitam verilməsi barədə bildiriş (e-qutuya göndərilir)
Mənbə: taxes.gov.az
Bax: “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi