Satılmış malların alış sənədi olmazsa bizi hansı cərimələr gözləyir?

posted in: Xəbər | 0
birbank biznes

malların alış sənədiSatılmış malların alış sənədi olmazsa bizi hansı cərimələr gözləyir?

Sual: Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən fiziki şəxs (VÖEN-li) bazardan mal alıb üstünə gəlir, faizini qoyub satışını həyata keçirir. Lakin bazardan alınan mala görə fiziki şəxsə e-qaimə təqdim olunmur. Amma qarşı tərəfə satış rəsmi şəkildə e-qaimə ilə həyata keçirilir. Belədə “elektron qaimə” sistemində yalnız Göndərilən qaimələr hissəsi doldurulub, Gələn qaimələr hissəsi boşdur. Vergi yoxlaması olarsa xərclərin uçotunun aparılmamasına görə hansı maliyyə sanksiyaları nəzərdə tutulub? Yəni Vergi Məcəlləsində sadələşmiş uçot aparan fiziki şəxslərə qarşı belə (hər hansı sanksiya) maddə varmı?

Bax: İşçiyə əmək müqaviləsinə xitam verildiyi gün üçün əmək haqqı hesablanırmı?

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı müvafiq elektron qaimə-faktura verilir, malların sahibkarlıq subyektlərindən alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar, idxal gömrük bəyannamələri, müqavilələr və s.) təsdiqlənir, vergi uçotunda olmayan (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) ayrı-ayrı fiziki şəxslərdən alışı “Malların alış aktı” ilə sənədləşdirilir və həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatları (FİN, seriyası və nömrəsi) əks etdirilir.

Eyni zamanda bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Bax: Hüquqi şəxsin ləğvetməsi necə həyata keçirilməlidir?

Yuxarıda qeyd olunan formada tərtib edilmiş “Malların alış aktı” xərci təsdiq edən sənəd hesab edildiyindən, vergi uçotunda olmayan ayrı-ayrı fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə rəsmiləşdirildiyi halda həmin vergi ödəyicisinə qarşı Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq edilmir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bununla yanaşı, malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci, 58.8-ci, 71-1.1-ci, 73-cü, 130-cu və 130.1-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email