Satılmış sənədsiz malları gəlirdən necə çıxa bilərik?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Transfer qiymətiSatılmış sənədsiz mallar gəlirdən necə çıxılır?


Sual: Öyrənmək istəyirik ki, 2018-ci ildən müəssisə anbarında EVHF olmadan və dəyəri ödənilmədən alınmış malların qalığı qalıb və onların istifadə müddəti də 2020-ci ilə kimi uzana bilər. Nağdsız hesablaşmalara əsasən ödənişlər hansı qaydada və hansı əsasa olmalıdır? (yəni EVHF yoxdursa). Mənfəət vergisi hesablanarkən EVHF olmayan və anbar qalığı olan malların xərci necə hesablanmalıdır?

Cavab: Bildiririk ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) əsasında, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib edilməklə sənədləşdirilir.

Sorğunuzda qeyd olunan malların dəyərinin xərc kimi tanınmasını təsdiq edici sənəd olmadığı üçün, həmin sənədsiz mallar vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email