Satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?

posted in: Vergi, Xəbər | 0

ƏDV tutulan əməliyyatın vaxtı, ƏDV, ləğv, mənfəət bəyannaməsi, Əvəzləşdirilməyən ƏDV, ƏDV öhdəliyi, EDV, ƏDV ödəyiciləri, hesabat formasıSual: Müəssisə ƏDV və mənfəət vergisi ödəyicisidir. İl ərzində satışdankənar gəlirlər əldə edir və bu satışdankənar gəlirlər mənfəət vergisi bəyannaməsinin 217-ci “Digər gəlirlər” sətrində qeyd olunaraq, mənfəət vergisinə cəlb olunur. Lakin bu satışdankənar gəlirlər ƏDV-si üçün vergitutma obyekti olmadığı üçün aylıq ƏDV bəyannamələrində qeyd olunmur. Nəticədə il ərzində təqdim olunmuş ƏDV bəyannamələrinin 305-ci sətirlərinin cəmi ilə Mənfəət vergisi bəyannaməsinin 218-ci “Ümumi gəlirlər” sətirləri arasında uyğunsuzluq yaranır ki, sonradan da vergi orqanı tərəfindən kameral məktub əldə edirik.

Sual: müəssisənin əldə etdiyi satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı? Əgər olunmalıdırsa, ƏDV bəyannaməsinin hansı sətrində qeyd olunacaqdır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlir hesab edilir.

Eyni zamanda bildiririk ki, satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyektini yaratmır və həmin gəlirlər ƏDV bəyannaməsində göstərilmir. Kameral vergi yoxlaması zamanı qeyd edilən əməliyyatla əlaqədar olaraq vergi orqanı tərəfindən hər hansı uyğunsuzluq göndərildiyi halda bununla bağlı vergi orqanına müvafiq izahat məktubu təqdim edilə bilər.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *