Putin bütöv bir sənaye sahəsi üçün vergiləri minimuma endirdi

posted in: Xəbər | 0
birbank biznes

işsiz, pensiya yaşı, əmək haqqı,Rusiya prezidenti Vladimir Putin informasiya texnologiyası (IT) sənaye sahəsi  üçün vergiləri minimuma endirəcək. Bu haqda o, rusiyalılara ünvanladığı ənənəvi çıxışında bəyan edib. Dövlət başçısı sığorta haqlarının müddətsiz şəkildə 14 faizdən 7,6 faizə endirilməsi yolu ilə vergi manevrinin keçirilməsini təklif edib. Prezident həmçinin mənfəət vergisinin dərəcəsini 20 faizdən 3 faizə endirib.

Putin qeyd edib ki, söylənilən təkliflərə həyata keçirildikdən sonra Rusiyada IT ilə bağlı biznez sahəsi üçün vergi dərəcələri hətta Hindistan və İrlandiyadakından da cəlbedici olacaq. Prezidentin sözlərinə görə, Rusiyada bununla bağlı vergi dünyanın ən aşağı vergi dərəcələrindən biri olacaq.

Dövlət başçısı həmçinin hökumətə İT şirkətlərinin və əlaqəli sahələrin digər iş şəraitinin yoxlanılmasını da tapşırıb. O qeyd edib ki, Rusiya biznesi rəqabət qabiliyyətli olmalıdır.

Daha əvvəl “Vedomosti” qəzeti baş nazir Mixail Mişustinin sözügedən sahədə vergi manevrinin keçirilməsi təklifini irəli sürdüyü barədə yazmışdı. O, Rusiya proqram ixracını asanlaşdırmalı, stimullaşdırmalı və daxili bazarda aşağı düşən tələbat şəraitində inkişaf etdiriciləri dəstəkləməlidir.  Nəşrin mənbələri hökumətin büdcə üçün müvafiq itkiləri necə kompensasiya etməklə bağlı qərara gəldiyini də iddia edirlər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email