Sənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?

posted in: Xəbər | 0

pərakəndə ticarətSənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?


Sual: 1.Müəssisənin təsisçisi şəxsi mülkiyyətində olan avadanlığın müəssisənin balansına alınmasına və müəssisənin fəaliyyətində istifadə edilməsinə dair qərar vermişdir. Həmin avadanlığın dəyərini müəyyən etmək məqsədi ilə müstəqil auditor rəyi də alınmışdır.

Avadanlığın balansa alınması, avadanlığın dəyərinin müəssisənin nizamnamə kapitalının artırılması yolu ilə həyata keçirilmiş və vergi orqanına rəsmi müraciət edilərək nizamnamə kapitalının artırılması barədə məlumat verilmişdir. Vergi orqanı tərəfindən nizamnaməyə müvafiq dəyişiklik edilərək müəssisəyə nizamnamənin yeni variantı təqdim olunmuşdur.

2. Fərdi sahibkar şəxsi mülkiyyətində olan avadanlığı sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etməyi qərara almışdır. Qərarı barədə sahibkar elektron məktubla vergi orqanına rəsmi məlumat vermiş və avadanlığın dəyərinin qiymətləndirilməsi barədə müstəqil auditor rəyini əlavə etmişdir. Avadanlığın dəyəri aparılan uçot sənədlərindədə öz əksini tapmışdır.

Yuxarıda qeyd olunan hər iki hal üzrə avadanlıq müəssisənin təsisçisi və fərdi sahibkar tərəfindən vaxtilə şəxsi istehlakları üçün alındığına görə alışın rəsmi sənədləri saxlanılmayıb (və ya sənəd itirilmiş). Qeyd olunanlarla əlaqədar müəssisə və fərdi sahibkar AR Vergi Məcəlləsinin 58.8.2 maddəsində nəzərdə tutulan maliyyə sanksiyasına məruz qala bilərlərmi?

Cavab: Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Sorğunuzda qeyd olunan birinci sual ilə əlaqədar olaraq bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.

Auditor rəyi sorğunuzda qeyd olunan hər iki hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 58.8.2-ci130.1-1-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *