Sənədsiz qeyri-yaşayış sahəsi icarəyə verilərsə vergi orqanında uçota qoyula bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Heç bir sənədi olmayan qeyri-yaşayış sahəsi icarəyə verilərsə, həmin obyekt vergi orqanında hansı əsaslarla uçota qoyula bilər?

Cavab: Bildiririk ki, qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı andan yaranır. Bu zaman hər hansı səbəbdən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması həmin daşınmaz əmlakın faktiki mülkiyyətçisi tərəfindən icarəyə verilərək gəlir əldə etmək hüququnu məhdudlaşdırmır. Buna əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd olmayan daşınmaz əmlak icarəyə verilərkən tərəflər arasında icarə müqaviləsi bağlanmalı və “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 33.2-ci maddəsi, Mülki Məcəllənin 139-cu maddəsi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email