2019-cu ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ
2019-cu ilin avqust ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
- Əlavə dəyər vergisinin bəyannaməsi,
- Aksiz bəyannaməsi,
- Yol vergisinin bəyannaməsi,
- Mədən vergisinin bəyannaməsi,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
- Muzdlu işlə əlaqədar 2019-cu ilin avqust ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
- Xüsusi notariusların 2019-cu ilin avqust ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
- Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin avqust ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin sentyabr ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Qeyd:
- 15.09.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti 16.09.2019-cu il tarixə keçirilmişdir.
- 20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.
Mənbə: taxes.gov.az