Səyyar vergi yoxlamasının keçirilmə qaydaları

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi nəzarətinin bu forması həm çox zəhmət, vaxt, həm də yüksək peşəkarlıq tələb edir. Belə yoxlamaların aparılması o zaman məqsədəuyğun hesab edilir ki, onların aparılmasına çəkilən xərclər yoxlama zamanı əlavə olaraq hesablanmış məbləğdən dəfələrlə  az olsun.

Səyyar vergi yoxlaması bilavasitə vergi ödəyicisinin yerləşdiyi ərazidə həyata keçirilir. Bu cür yoxlamaların aparılması üçün vergi ödəyicilərinin seçilməsində təsadüfi, xüsusi, daxili  və kənar informasiya  əsasında  seçmə üsullarından istifadə olunur. Səyyar vergi yoxlamasının aparılması kifayət qədər çox vaxt tələb etdiyindən bütün vergi ödəyicilərində bu yoxlamanın aparılmasının müntəzəmliyini təmin etmək olmur. Buna görə də səyyar vergi yoxlamasının aparılması üçün orta statistik vergi ödəyicilərinin arasından təsadüfi olaraq müəyyən bir hissəsi seçilir. Xüsusi seçmə üsulu ilə elə vergi ödəyiciləri müəyyənləşdirilir ki, onlarda vergi qanunvericiliyinin pozulması ehtimalı daha yüksək olur.

Daxili informasiya əsasında seçmə üsulu bir neçə istiqamətdə aparılır. Bu zaman vergi ödəyicisinin vergi və mühasibat hesabatları göstəricilərinin analoji vergi ödəyicilərinin uyğun orta göstəriciləri ilə müqayisə edilir. Hesabat məlumatları orta göstəricilərdən kəskin surətdə fərqlənən vergi ödəyiciləri seçilir. Vergi orqanlarının yoxlamalar nəticəsində əldə etdikləri məlumatlar kənar mənbələrdən alınmış informasiyalar əsasında genişləndirilir. Belə informasiyaların əsas mənbələri maliyyə orqanlarından, banklardan, digər nəzarət orqanlarından, kütləvi informasiya vasitələrindən və digər mənbələrdən əldə edilmiş məlumatlardır.

Faylı yükləməklə səyyar vergi yoxlamasının keçirilmə qaydaları barədə geniş şəkildə məlumat əldə edə bilərsiniz.

Qaydaları bilməklə siz, hüquqlarınızı qoruya bilərsiniz.

Faylı yükləyin: Səyyar vergi yoxlamasının keçirilmə qaydaları

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Print Friendly, PDF & Email