Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində nə qədər işçi çalışır?

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

sığorta fəaliyyətiAzərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı açıqlanıb.

Bu il oktyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 24 900 nəfər məşğul olub ki, bunun 4 700-ü dövlət, 20 200-ü isə qeyri-dövlət sahəsinə aiddir.
Bax: Komisyon qaydada satış vergiyə necə cəlb edilir?

Avqust ayı ilə müqayisədə sentyabrda maliyyə və sığorta işçilərinin sayı artıb. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 300 nəfər və ya 1,5% artıb.

Hesabat dövründə bir ay ərzində orta hesabla 149,8 saat işləyən maliyyə və sığortaçılar orta hesabla 1 462,5 manat məvacib alıblar. Dövlət maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1 421,4manat, qeyri-dövlət sahəsində 1 472,1 manat olub. Avqust ayı ilə müqayisədə sentyabrda maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 18,2 manat və ya 1,23% azalıb.

Bax: Bu ölkədə bitkoin sərmayəçilərinə vergi endirimi gözlənilir

Qeyd edək ki, maliyyə və sığorta sahəsində çalışanlar orta aylıq nominal əməkhaqqının məbləğinə görə ölkə üzrə ikinci yerdə qərarlaşıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email