Şirkət qarşılıqlı əlaqəli olmayan şəxslərdən faizsiz borc ala bilər?

posted in: Xəbər | 0
birbank biznes

faizsiz borcSual: Firma qarşılıqlı surətdə asılı olmayan şəxlərdən Mülki Məcəllənin müvafiq bəndlərinə əsasən faizsiz borc almış və 3 ay ərzində geri qaytarmaq şərtiylə müqavilə bağlamışdır. Vəsait yanvar 2018-də qəbul edilmiş və mart 2018-də borc məbləği qaytarılmışdır. Bu halda (3 ay ərzində qaytarılan vəsaitə görə) biz ödəmə mənbəyindən vergi hesablamalıyıqmı? Bu barədə məlumat verməyinizi xahiş edirik.

Cavab: Bildiririk ki, müəssisəyə digər şəxslər tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər. Qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Onu da nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyə əsasən müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan şəxsə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bax: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Kriptovalyuta ticarəti vergiyə necə cəlb edilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email