Şirkətə məxsus bina dövlət tərəfindən sökülərsə binanın qalıq dəyəri gəlirdən çıxılan xərc kimi nəzərə alınır?

posted in: Xəbər | 0
birbank biznes

qalıq dəyəriŞirkətə məxsus bina dövlət tərəfindən sökülərsə binanın qalıq dəyəri gəlirdən çıxılan xərc kimi nəzərə alınır?


Sual: Vergi ödəyicisi tərəfindən 2017-ci ildə tikilən bina həmin ilin sonunda müvafiq qurum tərəfindən sökülmüşdür. Həmin binanın tikintisinə 300.000 manat xərc çəkilmişdir. VM-nin 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin qurulmasına və kapital xarakterli digər xərclər gəlirdən çıxıla bilməz, çünki VM-nin 114-cü maddəsinə əsasən həmin əsas vəsaitin tikintisinə çəkilən xərc sonrakı hesabat illərində amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Sualım ondan ibarətdir ki, tikildiyi hesabat ilində sökülən binaya çəkilən xərc, sonrakı hesabat illərində amortizasiya ayırmaları formasında xərcə salınmadığından, həmin hesabat ilində mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərc kimi nəzərə alına bilərmi?

Bax: Ezamiyyə normasından artıq ödənən məbləğ hansı halda gəlir vergisinə cəlb edilir?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Sorğunuzda qeyd olunan halda hər hansısa gəlirin əldə edilmədiyi qənaətinə gəlindiyindən çəkilmiş xərcin də gəlirdən çıxılması nəzərdə tutulmur. Bununa belə, sorğunuzda qeyd olunan məsələnin vergitutma aspektlərinin dolğun və ətraflı cavablandırılmasının təmin edilməsi məqsədi ilə sözügedən əməliyyata dair məlumatı və təsdiqedici sənədləri təqdim etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir.

Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az

Bax: Bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlər ediləcək

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email