fbpx

Sizi varlı edə biləcək 17 vərdiş (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

varlıGəlirlərinizi artırmaq, varlı olmaq üçün həyata yanaşmanızı dəyişdirin.

  • Hədəflər qoyun

Nə qədər ki, siz yalnız varlı olmağı arzu edirsiniz, buna heç bir şansınız olmayacaq. Lakin, siz arzunuzu məqsədə çevirdikdən və hansısa hədəfə çatmaq üçün nələrsə görməyə başladıqdan sonra, onlar real cizgilər almağa başlayacaq.

Təbii ki, bundan ötrü qarşıya konkret tapşırıqlar qoymalı, yerinə yetirmək üçün müddət təyin etməli, qollarınızı çırmayıb işə girişməlisiniz.

  • Geniş miqyaslı düşünün

Aralıq hədəfləri kiçik və mümkün olan etmək olar, lakin, qlobal anlamda isə siz daha böyük məqsədə doğru, hətta təsəvvür belə etmədiyiniz zirvələrə doğru can atmalısınız. Bu məqsədə çatmaq sizi vasitələr axtarmağa məcbur edəcək, hansı ki, başqa cür yanaşmada bunlar sizin ağlınıza belə gəlmirdi.

Misal üçün, siz milyoner olmaq istəyirsiniz. Hədəf kimi qarşınıza  bir milyon qoysanız, möcüzə baş verməyəcək: onu qazanmaq, yığmaq, miras kimi də əldə etmək olar. Amma bir neçə milyonluq kapital əldə etmək tapşırığı sizi bir neçə ildən sonra digər maliyyə kateqoriyaları barədə fikirləşmək üçün savadlı şəkildə necə investisiyalar etməyə, peşəkarcasına necə inkişaf etməyə məcbur edəcək.

  • Çərçivələrdən uzaq durun

Süni məhdudiyyətlər inkişaf etməkdə sizə mane olacaq. Bəzən plankanı siz özünüz aşağı endirirsiniz. Məsələn, xas olmayan vəzifələri yerinə yetirməklə bağlı layihədə iştirak etməkdən  boyun qaçırırsınız, baxmayaraq ki, belə təcrübə əldə etmək üçün sizə ikinci bir şans yaranmayacaq.

Hər bir yeni olan – bu pillədir, hansı ki, siz onun köməyilə daha ucalığa yüksələ bilərsiniz.

  • Vəsaitlərinizə uyğun yaşayın

Əmin olun ki, imkanlı insan bütün qazancını məsrəf etməz və son pullarını misal üçün, bahalı avtomobil almağa verməz. Bu kasıblara xas xüsusiyyətdir. Və iş heç də qazancın məbləğində deyil, pullara münasibətdədir.

Xərclər məntiqə uyğun xərclənməlidir, hər bir maddə üzrə yuxarı plankanı siz özünüz müəyyən etməlisiniz. Məsələn, hətta mənzil kirayə etmisinizsə belə, mənzildən ötrü qazancınızın 30% artığını xərcləməyin. Əgər, məbləğ maaşın üçdə birini təşkil edirsə, daha ucuz yaşayış yeri axtarmaq lazımdır.

Hesablama və qənaəti cəlbedici proses adlandırmaq olmaz. Bu çox usandırıcıdır, xüsusilə də “bir dəfə yaşayırıq” prinsipi baxımından yanaşdıqda. Amma, bu bir dəfəni daha yaxşı maliyyə şərtlərində də yaşamaq olar.

  • Büdcə tutun

Maliyyəyə biznes kimi yanaşın. Müəssisə debet və krediti müəyyən etməsə, daha faydalı müqavilələr axtarmasa və məqsədyönsüz xərcləri azaltmasa, heç vaxt gəlirlə işləyə bilməz. Bütün bunlar sizin şəxsi vəsaitləriniz üçün də keçərlidir: əgər, siz pulların hərəkəti ilə bağlı bilgiyə malik deyilsinizsə, onda mənfəətə ümid etməyə dəyməz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!