Son 15 ildə Azərbaycanda sahibkar sayı 5 dəfə artıb

posted in: Xəbər | 0
birbank biznes

sahibkarSon 15 ildə Azərbaycanda sahibkarlar sayı 5 dəfə artıb


“Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bu müddət ərzində sahibkar sayında da artım müşahidə edilib.”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

“Sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı iki dəfə, fiziki şəxslərin sayı isə 5 dəfə artıb. Bu dövrdə 90 mindən çox müəssisə yaradılıb. Qeyri-neft sektorunda 2017-ci ildə 2,7 dəfə, 2018-ci ildə isə 2,8% artım olub. Aqrar sektorda 2017-2018-ci ildə artım 4% olub. Bu il Sahibkarlara Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur. Artıq bu kreditin 70 milyon manatı verilib”,- deyə Ş.Mustafayev vurğulayıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email