Vergilər Nazirliyi: Sosial qanunvericiliyə edilən dəyişikliklərin mahiyyəti

posted in: Vergi, Xəbər | 0
birbank biznes

SosialVergilər Nazirliyi vergi və sosial qanunvericiliyə dəyişikliklərin mahiyyətini açıqlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, son günlər kütləvi informasiya vasitələrində vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsində nəzərdə tutulan bəzi müddəaların şərhi zamanı müəyyən suallar ortaya çıxıb: “Bu xüsusilə mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərlə bağlıdır”.

Bax: Vergi məcəlləsinin 44.5-ci maddəsində dəyişiklik edilib

Nazirlikdən bildirilib ki, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərin gəlirlərindən ödəmə mənbəyində 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutulacaq. Vergi orqanlarına uçota alınmayan və mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan belə şəxslərin sosial sığorta yükündə dəyişiklik baş verməyib.

Sosial sığorta haqlarının bu qaydada tutulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilmir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə gəlincə, sahibkarlıq fəaliyyəti üzrə minimum əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları hesablanması nəzərdə tutulub. Bu kateqoriyaya vergi orqanlarında uçota duraraq sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyiciləri aiddir.

Bax: Milli Məclisdə Vergi Məcəlləsində nəzərdə tutulan bütün dəyişikliklərin TAM MƏTNİ

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər mülki-hüquqi xarakterli müqavilələr əsasında fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq onların sosial sığorta haqları üzrə öhdəlikləri minimum əmək haqqının faiz nisbəti ilə müəyyən edilir.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email