Sosial şəbəkələrdə olan reklamlara görə Qeyri-rezidentə ödənişlər ƏDV bəyannaməsində necə əks etdirilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVSual: Facebook və digər sosial şəbəkələrdə olan reklamlara görə həmin şirkətlərə xidmət haqqı ödənilir. Məlumdur ki, bu sosial şəbəkələr hesab faktura vermir və heç bir məlumat əldə etmək olmur. ƏDV bəyannaməsi əlavə 7-də biz bu xidmətlə bağlı məlumatları necə qeyd edək?

Cavab: Bildiririk ki, qeyri-rezident şəxs tərəfindən virtual məkanda göstərilən reklam xidmətinin alıcısı Azərbaycan Respublikasında yerləşən rezident şəxs olduqda, ƏDV-nin məqsədləri üçün bu xidmətin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilməklə həmin xidmətə görə qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir. Göstərilmiş və dəyəri ödənilmiş bu xidmətlər isə ƏDV-nin bəyannaməsinin 306-cı və 312-ci sətirlərində, eyni zamanda həmin bəyannaməyə əlavə 7-də əks etdirilir. Bununla belə, qeyri-rezidentin adı, rezident olduğu ölkənin adı, göstərilmiş işin (xidmətin) adı, görülmə dövrü, rezident olduğu ölkədəki VÖEN-i, büdcəyə ödənişi təsdiq edən sənədin nömrəsi, tarixi, ödənişin ümumi dəyəri (ƏDV-siz) və ƏDV məbləği ƏDV-nin bəyannaməsinə əlavə 7-dəki sətrlərin müvafiq xanalarında əks etdirilir. Qeyri-rezidentə xidmətlərlə bağlı ödənişlər edilərkən müvafiq məlumatları da həmin zaman əldə edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 159-cu, 169-cu, 173-cü maddələri və Vergilər Nazirliyinin 30.12.2005-ci il tarixli əmri ilə təsdiq edilmiş “ƏDV-nin bəyannaməsinə Əlavə №–7-nin tərtib edilməsi qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email