“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər gözlənilir

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

 

Sənəd:  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanun Layihəsi

 

Şərh: Layihə sosial sığorta haqqı dərəcələrinə və sosial sığorta haqqından azad olunan gəlirlərə dəyişiklik və əlavələri nəzərdə tutur. Bu dəyişiklik və əlavələrin bəziləri aşağıdakılardır:

 

  • Sığortaedənlər tərəfindən ödənilməli olan sığorta haqqının məbləği, hesablanmış əmək haqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin aylıq məbləği əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 1.2 mislinədək olan sığortaolunanlar üçün 25%, 1.2 mislindən çox olanlar üçün isə 20% dərəcə ilə müəyyənləşdiriləcəkdir;
  • Ev təsərrüfatı xidmətlərini (dayə, fərdi sürücülük, ev təsərrüfatında  təmizlik və s.) həyata keçirən şəxslər üzrə sosial sığorta haqlarının məbləği minimum aylıq əmək haqqının 20%-i məbləğinin Bakı şəhərində 100%-i miqdarında, digər şəhər və rayonlarda 60 %-i miqdarında müəyyənləşdiriləcəkdir;
  • Əmək müqaviləsi (kontraktı) ilə işləyən şəxslərin sosial sığortaya cəlb edilən aylıq gəliri yaşayış minimumunun 1.2 mislindən yuxarı olduqda, həmin gəlirin 5%-i miqdarında sosial sığorta haqqı hesablanması nəzərdə tutulur. Xatırladaq ki, qüvvədə olan qanuna əsasən bu gəlirlər üzrə sosial sığorta haqqı 3% dərəcə ilə hesablanır;
  • Fərdi sahibkarla mülki hüquqi xarakterli müqavilə bağlayan sığortaedən öz vəsaiti hesabına həmin şəxs üçün müqavilə üzrə hesablanmış gəlirlərin (aylıq gəlir minimum əmək haqqından az olmamaqla) 25%-i miqdarında sosial sığorta haqqı hesablamalıdır;
  • Həmçinin, layihədə sığorta hadisəsi zamanı sığortalıya dəymiş zərərin kompensasiyası üçün pul və ya natura şəklində ödənilmiş vəsaitlərin sosial sığorta haqlarından azad olunmasının ləğv edilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, layihə üzərində hələ də iş gedir.

Print Friendly, PDF & Email