Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta hesabatında dəyişikliklər ediləcək

posted in: Xəbər | 0
birbank biznes

Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta hesabatında dəyişiklər ediləcək

sosial sığorta haqqıSual: Aşağıdakı yaranan sualların cavablandırılmasında köməklik etməyinizi rica edirik:

İşçinin əmək müqaviləsinə xitam verilən zaman, ona ödənilən cari iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi vergiyə cəlb edildikdə Əmək haqqıdan ayrılıqda hesablanmalıdır. Yaxud əmək haqqı ilə toplanıb gəlir vergisinə və sosial sığorta haqlarına cəlb edilməlidir?

Nümunə: Əməkdaş 01.02.2017-ci ildə işə qəbul olunub və hər iş ili üzrə məzuniyyətindən tam istifadə edib (30 təqvim günü). 05.04.2019-cu ildə işçi öz xahişi ilə əmək müqaviləsinə xitam verilir və 05.02.2019 – 05.02.2020 iş ilinə görə 4 gün istifadə edilməmiş əmək məzuniyyəti qalıb və bu 300 manat təşkil edir.
Əmək haqqı – 500 manat İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (cari iş ilinə görə) – 300 manat, Əmək haqqına görə sosial sığorta haqqı:
(500-200)*10%+6 = 36 manat İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinə görə sosial sığorta haqqı: (300-200)*10%+6 = 16 manat.

Əgər yuxarıda qeyd olunan nümunədəki hesablama düzgündürsə, İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və ona görə hesablanmış sosial sığorta haqları Məcburi Dövlət Sosial Sığortası üzrə hesabatda (rüblük) necə əks olunmalıdır?

Göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd olunan suallara münasibət bildirməyinizi xahiş edirik. Əvvəlcədən təşəkkürlər.

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Eyni zamanda bildiririk ki, yuxarıda qeyd olunanlara əsasən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” formasında dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Dəyişikliklər edildikdən sonra hesabatın təqdim olunmasında müvafiq texniki imkan yaradılacaqdır.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email