SSRİ-də pul islahatı necə başladı?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

İkinci dünya müharibəsindən sonra ölkə üçün zəruri olan pul islahatı əlbəttə ki, heç də normal alınmadı, bu haqda lətifələr də baş alıb gedirdi. Belə ki, həmin pul islahatı qısa zaman ərzində bütün mallara olan istehlak tələbatını göylərə qaldırdı.

1947-ci il dekabrın 13-də Ümumittifaq kommunist partiyası (ÜKP) Siyasi bürosu pul islahatı keçirmək və kartoçka sisteminin ləğvi barədə qərara qəbul etdi. Ertəsi gün isə SSRİ Nazirlər kabineti və ÜKP Siyasi bürosunun islahatların şərtləri ilə bağlı qərarı dərc edildi.

Mübadilə oktyabrın 16-da başlandı. Köhnə nağd pullar 10-un 1-ə nisbətində dəyişdirilirdi. Həcmindən asılı olaraq əhalinin əmanət kassalarındakı əmanətləri də dəyərləndirilirdi: 3 min rubla kimi məbləğlər (bu cür əmanətlər isə ümumi əmanətlərin 90 faizini təşkil edirdi) 1-in 1-ə nisbətində, 3 mindən 10 minə kimi – 3-ün 2-ə nisbətində, 10 min rubldan artıq məbləğlərin isə yarısı dəyişdirildi. Dövlət istiqarazlarının bir hissəsi də yenidən dəyərləndirilirdi. Eyni zamanda kartoçka sistemi ləğv edilir və ərzaq və sənaye mallarına vahid pərakəndə satış qiymətləri tətbiq olunurdu. Özü də bu zaman bir çox ərzaqların qiymətləri endirilirdi.

SSRİ-nin mərkəzi hissəsinin sakinləri üçün pulların mübadiləsinə cəmi bir həftə vaxt verilmişdi, uzaq və çətin keçilən yerlərdə yaşayan sakinlər üçün isə bu müddət dekabrın 29-a kimi uzadılmışdı.

İkinci dünya müharibəsi dövründə SSRİ-də dövriyyəyə çoxlu pul kütləsi buraxılmışdı. Baxmayaraq ki, xalq istehlakı mallarının istehsalı kəskin azalmışdı. Hərbi xərclər pul kütləsinin daimi artımını tələb edirdi. 1946-cı il yanvarın 1-də ölkədə pul kütləsi 73,9 milyard rubl təşkil edirdi: bu normal mal dövriyyəsi üçün lazım olduğundan dörd dəfə çox idi. Xeyli pul kütləsi isə müharibə illərində sərvət toplaya bilən alverçilərin əlinə keçmişdi. Lakin 1946-cı ildə pul islahatını həyata keçirmək və kartoçka sistemini ləğv etmək mümkün olmadı. Çünki əlverişsiz hava şəraiti məhsul yığımının aşağı düşməsinə gətirib çıxarmışdı. O səbəbdən pul islahatı növbəti ilə saxlanıldı.

Pul dəyişdirilməsinə bir neçə gün qalanda DİN-nin bütün şəhər və rayon şöbələrinə bağlı zərflər daxil oldu, həmin zərflərin dekabrın 14-də saat 15:00-da milisin yüksək rütbəli rəhbər işçiləri və əmanət kassalarının rəhbərlərinin müşaiyəti ilə açılması tapşırılmışdı. Zərflərdə mübadilənin keçirilməsi ilə bağlı təlimat yer almışdı. Bir sıra dələduzluqların və şirniklənmələrin qarşısının alınması məqsədilə məxfi zərflərin əmanət kassalarının işləmədiyi zamanda, bazar günü açılması əmr olunmuşdu.

Lakin bu tədbirlərin heç də hamısı kömək etmədi: yerlərdə islahatın keçirilməsinə cavabdeh olan bir çox vəzifəli şəxslər çox vaxt əmanətlərlə bağlı dələduzluqlara qarışmış olurdular. Məsələn, vilayət partiya komitəsinin rəhbəri vilayət əmanət kassasının rəisinin köməyilə əmanət kassasına özünün, oğlunun və qardaşının pullarını təqdim etmişdi. Bu “dəcəlliyinə” görə vilayətin birinci şəxsi partiya biletindən olmuş və işləmək üçün kiçik tikiş fabrikinə göndərilmişdi.

Sovet ticarəti və ictimai iaşə işçiləri də qərarsızlığa düşmüşdülər. Onlar malları öz köhnə pulları ilə sonradan yeni pullar ilə daha yüksək qiymətə satmaq üçün almağa başladılar. Maliyyə işçiləri isə vergi daxilolmaları adı altında köhnə pulları qəbul etməyə başladılar ki, sonradan onları yeni pullar ilə geri ala bilsinlər. Pul islahatı ilə bağlı müxtəlif cinayətlər üzrə 20 minə yaxın insan cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Uzaq Şimalda və SSRİ-nin uzaq rayonlarında yaşayanlar üçün də pul islahatı xeyli narahatlıqlar yaratdı. Çünki əmanət kassalarının yerləşdiyi əraziyə gedib çatmaq müşkül bir işə çevrilmişdi. Kənd yerlərində yaşayanlar da xeyli əziyyətlər çəkməli oldular.
1947-ci ilin superşopinqi

Gözlənilən pul islahatını sovet xalqı görünməmiş istehlak aktivliyi ilə qarşıladı. Moskva, Leninqrad və SSRİ-nin digər iri şəhərlərinin sənaye malları mağazaları alıcıların kütləvi hücumlarına məruz qaldı. Mərkəzi univermağın gündəlik dövriyyəsi 4 milyon rubl təşkil etdiyi halda, noyabrın son günlərində demək olar ki, 11 milyona çatdı. 50-100 min rubl arası satılan mebel qarniturları bir anın içində satılıb qurtarırdı. Halbuki sovet adamının orta aylıq əməkhaqqı o dövrdə heç min manat belə etmirdi.

DİN-nin əməkdaşlarının müşahidələrinə əsasən qiymətli malları alan adamlar əsasən ticarət işçiləri, təchizatçılar və kənd yerlərindən olan alıcılardan ibarət idi. İnsanlar xəz gödəkçələri, qızıl-zinət əşyalarını və pianoları sanki isti projki təki göydə qapırdılar. Hətta başqa vaxtlarda yaxın durmadıqları məktəbli inventarlarını belə kütləvi şəkildə satın alırdılar. Apteklərdəki bütün bintlər və dərmanlar da satın alınmışdı. Özbəkistandakı sənaye malları mağazalarında uzun müddət satılmadığına görə toz basaraq qalmış araqçınlar da işə yaramışdı. Həmin məhsullar bir anın içində satılıb qurtarmışdı.

Sənaye malları mağazalarını boşaldan alıcılar, ardınca ərzaq mağazalarına hücum çəkdilər. Saxlama müddəti daha çox olan məhsullara üstünlük verilirdi: hisə verilmiş balıq, konservlər, araq, balıq, çay, qənd və s… Bu mallara tələbatla bağlı böyük ajiotaj yarandığına görə həmin məhsullar müvəqqəti olaraq satışdan çıxarıldı. Axşamlar isə kütlə kommersiya restoranlarına hücum çəkirdi. Stolların üzərinə şişkin pul dəstələri qoyub belə deyirdilər: “Bax, nə qədər kağız var!”

Olanlara baxmayaraq, hətta ən ağıllı vətəndaşlar belə, öz pullarını tam şəkildə xərcləyib, qurtara bilmədilər. Dövlət bankının hesablamalarına görə, əhalinin əlində pul islahatından sonra 4 milyard köhnə rubla yaxın pul məbləği qalmışdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email