Stalinin oxşarı Mühasib imiş…

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Stalinin neçə oxşarı olub, bunu heç kim bilmir. Bu dövlət sirri sayılırdı. Müxtəlif rəqəmlər, 12-dən 20-ə kimi, səsləndirirdilər. Rəhbər ilk dəfə Kirov öldürüldükdən sonra öz oxşarını axtarıb tapdırmaq zərurəti hiss etmişdi. Daxili işlər xalq komissarı Yaqoda yoldaş Stalinə bənzəyən şəxslərin axtarılıb tapılmasından ötrü ölkənin cənubuna adamlar yolladı. Və onları tapmaq mümkün oldu…

Onlardan biri də Vinnitsadan olan mühasib Yevsey Lubitski idi.

O. “xalqlar atasına” çox oxşayırdı. Hətta o da Stalin kimi sol əlini sıxmağa adət etmişdi. Lubitskinin ailəsini isə gizli olaraq Vinnitsadan çıxararaq, güllələdilər. Mühasibin özünü isə Moskva yaxınlığında gizli bir mənzilə yerləşdirdilər. Ora bərbər, dərzi, qrimçiləri göndərdilər. Və onlar hər şeyi elə yerinə yetirdilər ki, Yevsey bir damla su kimi rəhbərə oxşadı. Düzdür, Lubitskiy qəlyan çəkmirdi, amma bunu da öyrənməyə məcbur oldu. Ondan ötrü Stalinin məşhur qəlyanının kopyasını düzəltdilər.

Oxşarın hazırlıqları yarım ilə yaxın çəkdi. Artıq o, rəhbərin istənilən jestini yerinə yetirə bilirdi və ləhcəsini də dəyişdirmişdi. Yevsey ona təklif edilən bu rolu böyük həvəslə oynayırdı.

Nəhayət, oxşarın İosif Stalin qarşısına çıxmaq məqamı gəlib çatdı. Lubitskiy Kuntsevdəki bağ evinə gətirildi. Lubitskini görən Stalin ürəkdən qəh-qəhə çəkib güldü – ona elə gəlirdi ki, bu şəxs onun güzgüdəki əksidir. Hətta Yevseyi konyaka da qonaq etdi.

Sonra isə rəhbər yoxlama həyata keçirmək istədi. Yanına yeni daxili işlər komissarı Yejovu dəvət edir və özü isə qonşu otaqda gizləndi. Gözləri ilə oxşarı “yeyən” Yejov, “təsərrüfatdakı” işlər barədə raport verir, güllələnənlərin sayını söyləyirdi… Yoxlamada iştirak edən mühafizə rəisi bir neçə hövsələsiz jest etdi, görünür, baş çekistin kənar şəxsin yanında daha artıq şeylər söyləyə biləcəyindən ehtiyat edirdi. Yevsey – ağıllı insan idi – xalq arasında “qanlı cırtdan” kimi ad çıxaran ziyarətçini yola salmaqla bu məsələnin qarşısını vaxtında ala bildi.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email