Subicarə zamanı hansı vergi öhdəlikləri yaranır?

posted in: Xəbər | 0
birbank biznes

Subicarə zamanı hansı vergi öhdəlikləri yaranır?


Sual: 1. İcarəçi, icarəyə götürdüyü obyekti sub-icarəyə vermək istəyir. Bu halda sub-icarəyə verilən obyektin kvadrat metrinə qanunvericiliklə limit qoyulurmu? Limit varsa nə qədərdir? 

Sual: 2. Yuxarıda qeyd olunan vergi ödəyicisinin ödəyəcəyi vergi növləri hansılardır?

Cavab 1. Bildiririk ki, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur:

    • icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri,
    • əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü,
    • icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək,
  • icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. Qeyd olunanlara əsasən icarəyə verilən əmlakın ölçüsünə dair qanunvericilikdə hər hansı hədd nəzərdə tutulmamışdır və tərflərin razılığı əsasənda əlavə oluna bilər.


VM-nin 58.8.2-ci maddəsi xərcə silinmiş mallara tətbiq edilə bilərmi?

Cavab 2. İcarə müqaviləsində icarə obyektinin ikinci əldən icarəyə (subicarə) verilə biləcəyi nəzərdə tutulmuşdursa, ikinci və üçüncü tərəflər arasında icarə müqaviləsi bağlanmalı və subicarəyə götürən tərəfindən icarə haqqı ödənilməlidir.

Bu halda subicarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olduğu halda , subicarəyə verən şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisini tutmalı, tutulmuş vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməlidir.

Subicarə verən şəxs vergi ödəyicisi kimi uçotda olduğu halda ona icarəyə verən şəxsə ödədiyi icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisini tutmalı, tutulmuş vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməlidir.

Subicarəyə verən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda isə, əmlakını icarəyə verən fiziki şəxs özü vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna durmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisi bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən yuxarıda qeyd edilmiş qaydada ödəmə mənbəyində vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda Vergi Məcəlləsinin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email