Sumqayıt Texnologiyalar Parkı mühasib axtarır

Vəzifə öhdəlikləri:

• Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qaimələri, aktları tərtib etmək;
• İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq;
• Bank, xəzinə üzrə məlumatların mühasibat proqramına daxil edilməsini təmin etmək;
• Təşkilatlara vergi hesab-fakturalarını yazmaq və təqdim etmək;
• Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlamaq, müvafiq hesablar planına işləmək;
• İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
• AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı;
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Təhsil/Təcrübə:

• Mühasibat sahəsində ali təhsil (Magistr təhsili arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
• Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Beynəlxalq sertifikasiya arzuolunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• E-mail: cv@stp.az

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *