Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu

posted in: Xəbər | 1
birbank biznes

Təsərrüfat – maliyyə fəaliyyəti prosesində müəssisə­lər­də öz ezamiyyə, habelə digər əmə­liy­yat və təsərrüfat xərcləri üçün nağd pul vermək zərurəti meydana çıxır.

Belə xərclərə işçi ezamiyyəyə göndərilərkən mal-material qiymətlilərinin alınması ilə əlaqədar, müəyyən cari təsərrüfat xərclərini ödəmək üçün və s. üzrə ona nağd ödənilən pul vəsaiti aiddir.


Müəssisənin işçilərinə təhtəlhesab məbləğlərin ve­ril­mə­si qaydası kassa əməliyyatalrının aparılması qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Prezidentinin «Vətən­daş­la­rın xidməti ezamiyyə xərcləri normativlərinin tək­mil­ləş­­dirilməsi haqqında» 1996-cı il 20 dekabr tarixli sə­rən­ca­­mına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 27 yanvar 1997-ci il tarixli, 9 nömrəli qərarla «Vətəndaşların xidməti ezamiyyə xərclərinin norma­tiv­lə­ri haqqında» qərar qəbul etmişdir. Həmin qərarda Azər­bay­can Respublikası ərazisi daxilində ezamiyyə xərcləri məbləğləri və xarici ölkələrə xidməti ezamiyyə xərc­lə­ri­nin normativləri təsdiq olunmuşdur.


İşçiyə ezamiyyə vaxtı üçün verilən nağd pul məbləği müəssisə rəhbəri tərə­fin­dən müəyyən edilir. Hər bir işçi aldığı nağd pul vəsaitinin xərc­lən­məsi haq­qın­da, ezamiyyədən qayıtdıqdan sonra üç gün müddə­tində möv­cud olan eza­miy­yə sənədləri əsasında avans hesabatı tər­tib etməli və müəssisə mühasibat­lı­ğı­na təqdim et­mə­lidir. Mühasi­bat­lıqda təqdim olunmuş avans hesabatı ona əlavə olunan ezamiyyə vəsiqəsi və digər sənədlər əsasında (çek, qaimə, qəbz, nəqliyyatla əlaqədar biletlər və s.) ət­raf­lı yoxlanılır və hesabat müəssisə rəhbəri tərəfindən təs­diq edilir.


Təhtəlhesab şəxsə pul vəsaiti təkrarən ancaq keçmiş al­dı­ğı avans pul məbləği üzrə hesablaşma aparıldıqdan sonra verilə bi­lər. Təhtəlhesab şəxslərlə hesab­laşmalarda xidməti eza­miy­yə xərcləri xüsusi yer tutur. Xidməti ezamiyyə-işçini müəssi­sə rəhbərinin yazılı əmri əsasında xidməti vəzifəni yerinə yetirmək üçün, müəyyən vaxtda, onun daimi iş­i­nin yer­ləş­diyi yerdən başqa şəhər, rayon və s. yerlərə gön­dərilməsi deməkdir.


İşçinin ezamiyyəyə göndərilməsi ilə əlaqədar ona standart formada təsdiq olunmuş ezamiyyə vəsiqəsi ve­ri­lir. Həmin vəsiqədə ezam olunan şəxsin adı, soy­ada, ata­sı­­nın adı, vəzifəsi daimi  iş yerindən çıxdığı gün gös­tə­rilir. Göstə­ri­lən rekvizitlər ezamiyyə vəsiqəsində əks olun­­duqdan sonra müəssisə rəhbərinin imzası və mö­hür­lə təs­diq olunmalıdır.


Ezam olunan işçiyə, bütün ezamiyyə vaxtı ilə əla­qə­dar olan nəqliy­yat, kommunal və gündəlik yeməklə əla­qə­dar xərclər müəssisə tərəfindən ödənilir.

Büdcədən maliyyələşdirilən müəssisə,idarə və təş­ki­latlar istisna olunmaqla di­gər hüquqi şəxslər, işçilərinin Azərbaycan Respublikası əra­zisi daxilində eza­miyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan vəsait hesabına normativ sənəddə müəyyən olunmuş normalardan əlavə vəsait ayıra bilərlər.


Xarici ölkələrə qısa müddətli ezamiyyənin sənəd­ləş­di­rilməsi, onun məq­sədi, vəzifəsi və ezamiyyə vaxtı gös­tə­rilməklə müəssisə rəhbərinin sərəncamı əsasında sənəd­ləşdirilir. Xarici ölkələrə ezamiyyə ilə əlaqədar olaraq xərc­lər yüksək normalar üzrə təqdim olunmuş sənədlər əsasında ödənilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 1997-ci il tarixli 9 qərarı ilə «Vətəndaşların xarici ölkələrdə xidməti ezamiyyə xərclərinin nor­mativ­lə­ri» müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olun­muş­dur ki, dövlət idarəetmə orqanları mülkiyyət və təş­ki­lat formasından asılı olmayaraq bütün təsərrüfat sub­yek­tləri və təşkilatlar öz hesablarında olan valyuta və­sa­itlərindən ezamiyyə xərcləri üçün bu qərarla təsdiq olun­muş normativlərin həddini aşmamaq şərtilə istifadə edə bilərlər. Ezamiyyə xərclərindən başqa hər bir nəfərə ezamiyyə müddəti üçün təsdiqedici sənəd tələb olunmamaq şərtilə 20 ABŞ dolları məbləğində birdəfəlik ölkədaxili nəqliyyat xərcləri verilir.


Hesablarında valyuta vəsaiti olmayan büdcə təşki­lat­ları xarici ezamiyyə xərclərini bu məqsəd üçün  öz büdcəsində nəzərdə tutulmuş vəsaiti «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, lazımi valyutaya çevirməklə ödəyə bilərlər.

Müəssisə işçilərinə inzibati-təsərrüfat və əməliyyat, ha­belə ezamiyyə xərc­ləri üçün təhtəlhesab şəxslərə ve­ril­miş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün 71 saylı «Təhtəlhesab şəxslərlə he­sab­laş­ma­lar» hesabı müəyyən olunmuşdur. Həmin he­sa­bın debitində təhtəlhesab şəxs­lərə inzibati – təsərrüfat, əməliyyat xərcləri və xidməti ezamiyyətlə əlaqə­dar veri­lən nağd pul məbləğləri əks olunur. Bununla əlaqədar olaraq müha­si­bit uçotunda aşağıdakı yazılış aparılır:

Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar».

Kredit 50 «Kassa» hesabı.

Kredit 51 «Hesablaşma hesabı».

Kredit 52 «Valyuta hesabı».


Təhtəlhesab şəxslər tərəfindən xərclənmiş məbləğlər isə 71 «Təhtəlhesab şəxs­lərlə hesablaşmalar» hesa­bı­nın kreditinə, sərf olunmuş məsrəfləri  və əldə olun­muş qiymətliləri uçota alan, habelə xərclərin xarakterindən asılı olaraq di­gər hesabların debitinə yazılır. Bu yazılış aşağıdakı qaydad uçotda əks olunur:

Debet 10 «Materiallar» hesabı

Debet 12 «Azqiymətli və tezköhnələn əşyalar» he­sabı

Debet 25 «Ümumistehsalat xərcləri» hesabı

Debet 26 «Ümumitəsərrüfat xərcləri» hesabı

Debet 44 «Tədavül xərcləri» hesabı

Debet 60 «Malsatan və podratçılarla hesab­laş­ma­lar» hesabı

Debet 50, 51, 52 «Kassa», «Hesablaşma hesabı», «Valyuta hesab»ları hesa­bı

Debet 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabı

Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı


Təhtəlhesab şəxslər tərəfindən vaxtında qay­tarıl­ma­yan təhtəlhesab pul məb­ləğləri 71 «Təh­təl­he­sab şəxslərlə hesablaşmalar» hesabının kreditində və     84 «Sərvətlərin əskikgəlməsi və xarabol­masın­dan it­kilər» hesabının debetində əks olunur. Daha sonra bu məb­ləğlər 84 «Sərvətlərin əskik gəlməsi və xarab ol­masından itgilər» hesabından, 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laş­malar» hesabının və ya 73 «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə hesablaş­malar» he­sabının debetinə silinir.


71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» he­sa­bının debetində əks olun­muş qalıq məbləği təhtəlhesab şəxslərin aldıqları pul məbləği üzrə onların müəssisəyə olan borclarını kredit qalığı isə müəssisənin təhtəlhesab şəxsə onun artıq sərf etmiş olduğu pula görə olan borcunu göstərir.

Təhtəlhesab şəxslər üzrə hesablaşmaların analitik uçotu hər bir şəxsə verilən avans üzrə aparılır.

Print Friendly, PDF & Email

  1. gullu
    |

    bəs təhtəl hesab şəxsə ezamiyyətdən gəldikdən sonda məbləğ verilirmi?