Təsisçi tərəfindən verilmiş borc məbləğinə faizləri necə hesablamalı???

posted in: Məqalə, Xəbər | 0

Sual: Təsisçi tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Bu deyilənə misal olaraq təsisçidən müəsisəyə verilən borcun 2.000 manat olduğunu nəzərə alsaq, büdcəyə ödəniləcək verginin hesablanması qaydasını və miqdarını zəhmət olmasa cavablandırardınız.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd etdiyiniz halda ödəmə mənbəyində verginin məbləğinin hesablanması üçün ilk növbədə eyni valyuta ilə, oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi müəyyən edilməlidir. Borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi bizə məlum olmadığından vergi məbləğinin dəqiq hesablaması imkanlarımız xaricindədir.

Misal olaraq, borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi 15%-dir. Bu halda ödəmə mənbəyində tutulmalı verginin məbləği 30 manata ( 2000*15%*10%) bərabər olacaqdır. Borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi barədə məlumat almaq üçün Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: Vergilər Nazirliyi

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *