Maliyyə və ya büdcə hesabatlarında çox vaxt müxtəlif tarixlərdən istifadə edirik. Hər zaman bizə cari ayın sonuncu gününü və ya cari ilin sonuncu gününü təyin etmək lazım gəlir. Tarixlə bağlı meydana çıxan müxtəlif çətinlikləri Exceldə EOMONTH funksiyası həll edir. Bu funksiya ilə sizi tanış etmək istərdik. Bu funksiyanın görünüşü belədir:

=EOMONTH(start_date,months)

Bu funksiya avtomatik olaraq verilmiş ayın son gününü təyin edir. Yəni əgər bu gün məsələn 08.06.2017-ci ildirsə, bu funksiya vasitəsi ilə avtomatik olaraq iyun ayının sonunu, yəni 30.06.2017 tarixini almaq olur. Bu da müxtəlif maliyyə cədvəllərində lazım olur. Bu funksiyada əsas parametr sonuncu parametr, yəni month parametridir:

  • -x       o deməkdir ki, x ay əvvəlki ayın son günü
  • 0        o deməkdir ki, cari ayın son günü
  • x        o deməkdir ki, x ay sonrakı ayın son günü

Bunu misalda daha aydın göstərək:

Eyni zamanda çox işlətdiyim bir funksiya var.  Bu =TODAY() funksiyasıdır. Bu funksiyanın heç bir parametri yoxdur, göründüyü kimi yazılır və istənilən xanaya yazıldıqda cari tairixi göstərir. Əgər bu funksiya olan excel cədvəlini sabah və ya başqa gün açsaq, avtomatik olaraq yenilənərək həmin günün tarixini göstərəcək.

TODAY() ve EOMONTH funksiyasının qarışığından istifadə etməklə aşağıdakı tarixləri avtomatik olaraq almaq olar:

Praktiki məşq etmək üçün excel faylını aşağıdakı linkdən linkdən yükləyə bilərsiniz:

Tarixləri necə idarə etməli - YÜKLƏ (111 downloads)

Müəllif: Zaur İsmayılov