Təhsil haqqının ödənilmə qaydası

posted in: Xəbər | 0
birbank biznes

təhsil haqqıTəhsil haqqının ödənilmə qaydası

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 3-cü kurs tələbəsiyəm, ödənişli əsaslarla təhsil alıram, təhsil aldığım universitetə təhsil haqqı nağd qaydada ödənilə bilərmi?

«Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Həmin qanunun 3.4.8-ci maddəsində qeyd edilmişdir ki, təhsil haqlarının ödənilməsi bu qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən:

Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada, «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.1-ci maddəsi ilə müəyyən edilmiş nağdsız hesablaşmaların hər üç forması üzrə həyata keçirilə bilər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email