Təhsil müəssisələri hansı vergilərdən azaddır?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Təhsil müəssisələriSual: Özəl məktəblər mənfəət vergisinə cəlb olunurmu? Cəlb olunursa gələcəkdə bununla bağlı hər hansı güzəşt nəzərdə tutulurmu?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azaddır (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla). Əlavə olaraq, ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla) ƏDV-dən azaddır.

Vergi Məcəlləsinin təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin dəyəri əmlak vergisindən azaddır.


Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

Bax: Vergi Məcəlləsinin 164.1.13-cü199.4.4-cü maddələri, 30 noyabr 2018-ci il tarixli, 1356-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email

  1. Farid Eyvazov
    |

    Təhsil haqqında qanunun 1.0.47 maddəsinə əsasən yalnız müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlarına müvafiq təhsil haqqında dövlət sənədi verən qurum təhsil müəssisəsi hesab oluna bilər. Bunu özəl kursların fəaliyyətinə şamil etmək olmaz.